Qlüten – yüksək yapışqanlılıq xüsusiyyətinə malik, mürəkkəb bitki zülalıdır. Qlüten azərbaycanca “yapışqan” mənasını daşıyan “glue” – ingilis sözündən götürülüb. Qlüten xəmirin yumuşaq, elastik və həcmli olmasını təmin edir.
Qlüten – prolamin və qlütenin fraksiyasından ibarətdir. Prolamin fraksiyası hər taxılda fərqlidir: buğdada-qliadin, çovdarda-sekalin, arpada – hordein, yulafda avenin. Prolaminlə ən çox zəngin olan taxıl növü buğdadır. Buğdanın 100 qramında 3 – 6 qram prolamin (qliadin) var.
Son illərdə qlütenin rasiondan çıxarılması və “qlüten free” məhsullardan istifadə edilməsi dəb halını alıb. Özünüzdə qlüten həssaslığına aid əlamətlər hiss edirsinizsə, dəqiq diaqnoz qoyulması üçün mütəxəssislərə müraciət edin. Nəzərə alın ki, əgər sizdə qlüten həssaslığı yoxdursa, qlütenlə zəngin taxılları rasiondan çıxarmaq olmaz. Çünki tam taxıllar mürəkkəb karbohidrat, liflər, B qrup vitaminlər və mikroelementlərlə ( Zn,Se,Fe,Cu) zəngindir. Digər tərəfdən, marketlərdə satılan “qlüten free” qidalar trans yağlar, konservantlar və dadlandırıcılarla zəngindir. Bu qidalar sağlamlığınıza daha ciddi ziyan vura bilər.