Citotest etdirdikdən sonra artıq orqanizminizə daha individual yanaşa biləcəksiniz. Citotest - müxtəlif qidaların fərdi immun reaksiyalarına əsaslanan fərdiləşdirilmiş pəhriz planları yaratmaq, bununla da ümumi sağlamlığı yaxşılaşdırmaq, qida həssaslığı və dözümsüzlüklərlə bağlı spesifik simptomları idarə etmək məqsədi daşıyır.
Qida dözümsüzlüyü - bədənin müəyyən bir qidaya və ya tərkib hissəsinə reaksiyasıdır və onun simptomları qarın ağrısı, şişkinlik, qaz ola bilər. Bir və ya daha çox maddə üçün test nəticələri müsbət çıxan xəstələrə bədəni təmizləmək və xroniki iltihab vəziyyətini aradan qaldırmaq üçün müəyyən bir müddət ərzində o qidaları pəhrizdən tamamilə xaric etmələri tövsiyə olunur.
Testin nəticəsinə əsasən qida dözümsüzlüyünə səbəb olan bütün qidaların, eləcə də eyni bioloji ailəyə aid olan qidaların reaksiya dərəcəsindən asılı olaraq müəyyən müddət ərzində yeyilməsi məhdudlaşdırılacaqdır. Məsələn, 2-ci dərəcəli reaksiyada: 2 ay ərzində reaksiyanız çıxmış qida tamamilə qadağandır, 3-5-ci ayda həftədə bir dəfə icazə verilir. Bu zaman aralığında leykositlər qidanın orqanizmə zəhərli olduğunu “unudurlar”. Belə təlimatlar 6-9 aylıq terapiya müddəti ərzində hər ay üçün kompüter tərəfindən avtomatik çap olunur.